Ay-ulduzlu bayrağımız
Ay-ulduzlu, türkçülüyü, islamiyyəti, dünyəviliyi özündə birləşdirən
şərəfli bayrağımız - bütün Şərq dünyasında ilk cümhuriyyət quran Azərbaycan dövlətinin
simvoludur. Yüz il öncə yorulmaz fəaliyyətləri ilə türk-islam coğrafiyasına
adlarını silinməz hərflərlə yazdıran türkçülüyün, milli məfkurənin
formalaşmasında müstəsna xidmətləri olan Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu,
Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xam Xoyski kimi böyük
düşüncə sahibləri tərəfindən bizə əmanət edilən müqəddəs dəyərimizdir. 1920-ci
ildə sovet Rusiyası tərəfindən Azərbaycanın işğalı baş verdi və bu, 1991-ci
ildə sona çatdı. Bayrağımız ikinci dəfə müstəqilliyimizlə birlikdə bizi dünyada
təmsil etməkdədir. Azərbaycan dövlətinin müstəqil olaraq qalması üçün şəhid
olan qəhrəmanlarının qanı, milli mücadiləmizin ruhu var o bayraqda!
Küləkli Bakının fəxri, erməni işğalına məruz qalmış torpaqlarımızın
səsi, Qarabağımızın ahı, Xocalı soyqırımında məhv edilən, nəsli kəsilən
ailələrin fəryadı, "səsimə səs verin” çağırışı var Azərbaycan bayrağında...
Hansısa bir dəli onu göylərdən endirmiş - çaşıb qalıram yerimdə! Qərb
dünyasının qərəzli yanaşması, din qardaşımız olan bəzi ölkələrin xəyanəti,
beynəlxalq hüququn işğalçı Ermənistanın hərəkətlərinə göz yummasına rəğmən, Vətənini
azad etmək üçün hər şeyi göz önünə alaraq ölümə gedən, Hayastanın (Ermənistan)
hərəkətlərindən irəli gələrək şəhid verən Azərbaycan qəhrəmanlarının şərəfli,
şanlı, fəxri namusudur ay-ulduzlu bayrağımız...
O şərəfli bayrağı təmsil edən ölkə olaraq Azərbaycan üçün Türkiyə
müstəqil, "bir millət-iki dövlət”dir və şərtlər nə olursa-olsun Türkiyənin
olduğu hər yerdə Azərbaycan onunla çiyin-çiyinədir. Eynilə Türkiyə də
Azərbaycanın yanındadır.
Trampın Qüdslə bağlı verdiyi açıqlamasının dünyanı sarsıtdığı, vicdan
sahibi olan hər kəsin narazılığı və qəzəbinə səbəb olduğu ortadadır. Türkiyənin
təşəbbüsü ilə İstanbulda düzənlənən İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin
toplantısında Azərbaycan prezidentinin və səhnədə Azərbaycan bayrağının
ucalmasından narahat olanlar bu zirvə toplantısından dərhal sonra Bursada bir
universitet müəllimi fərqli ölkə bayraqlarının yerləşdiyi yerdə Azərbaycan
bayrağının endirilməsi barədə göstəriş vermək qədər irəli gedərək, bayrağı
aşağı salmağa cürət edib...
Müəllim hadisəyə etiraz edən tələbələrlə Ermənistan bayrağı
mübahisəsi edib, "Azərbaycan bayrağını asarsam, Ermənistan bayrağını da asaram”
deyib. Xatirinizə gələr, illər öncə Bursada Azərbaycan bayrağı polislər
tərəfindən yerə atılmış, televiziyalar da bu görüntüləri detalları ilə
göstərmişdilər. Bunun ardınca da Azərbaycanda olaya sərt reaksiyalar yaşanmışdı.
15 iyul hadisələrindən sonra o vaxtlar baş verənlərin Türkiyə-Azərbaycan
münasibətlərini pisləşdirməyə çalışmaq istəyənlərin FETÖ-çuların əməli olduğu
Türkiyə mətbuatında yer aldı. Ərdoğan Qüds zirvəsi üçün 57 islam ölkəsini
Türkiyəyə dəvət etsə də tək Əliyevlə birbaşa telefonla danışdı. Bu telefon, Can
Azərbaycanın o zirvədə iştirak etməsi ilə bağlı Türkiyə prezidentinin haqlı
gözləntisiydi və bu da reallaşdı. Prezident Əliyev, Qarabağ məsələsində
Fələstinin Ermənistanı dəstəkləməsinə baxmayaraq, bir çox islam ölkəsinin
qatılmaqdan qorxduğu o zirvə toplantısında Türkiyə ilə çiyin-çiyinə durdu. 15 iyulda
çevriliş cəhdindən sonra Ankarada dayandığı kimi onun yanında durdu. Bursada
Uludağ Universitetində Azərbaycan bayrağını endirən şəxsin islam tarixi
professoru olması hadisənin ağırlığını aydın şəkildə ortaya qoymaqdadır. İslam
dünyasının Qüds məsələsi səbəbiylə birlik və bərabərliyinə ən çox ehtiyac
duyduğu bir dönəmdə, islam professorunun heç bir kimsəyə yaraşmayacaq şəkildə
Azərbaycan dövlətinin müstəqillik, azadlıq simvolu olan bayrağına qarşı belə
bir addım atması hansı anlama gəlir? Bir islam tarixi professoru müsəlmanların
müqəddəs ibadətgahlarını axura çevirən, qız-qadınlarını əsir edən, qəbiristanlıqlarına
hörmətsizlik edən, Qurani Kərimi yandıran, xristian erməni dövlətinin bayrağını
nədən bir millət iki dövlət kimi gördüyümüz qardaş Azərbaycanın bayrağı ilə
eyniləşdirərək müsəlman məhəlləsində iblis satmağa çalışır? Görəsən professor
adını daşıyan bu şəxsin İstanbulda İslam Əməkdaşlıq Təşkilatının zirvə
toplantısı keçirilərkən Ermənistanın Sürix protokollarını arxivə atdığı, eləcə
də Türkiyə əleyhinə səsləndirdiyi zəhər dolu bəyanatlarından xəbəri varmı?
Türkiyənin gözündə Azərbaycanı Ermənistan ilə eyni yerə qoymaq həyasızlığını
göstərən bu islam tarixi professorunun türk tarixindən xəbərsiz olması məqbul
qarşılana bilərmi? Qafqaz İslam Ordusunun yüz il bundan əvvəl Azərbaycandakı
fəaliyyətindən də xəbərsizdir? 1918-ci ildə mübarək Qurban bayramında Bakı
şəhərində silahsız, əliyalın müsəlmanların bayram namazı üçün getdikləri
məscidlərdə qətl edildilər. Məsum türk əhalisinin qanını qurbanlıq
heyvanlarının axan qanlarına qarışdıran erməni terrorçularına qarşı "Allah”, "Allah”
kəlmələri ilə hücum edərək, intiqam alan Türk İslam Ordusunun qəhrəman əsgərlərinin
qurduğu qardaşlıq bağlarının tarixini bilməyən tarixçiyə söyləyəcək nəsə bir
söz tapmaqda çətinlik tapıram. Anadolunun çətin günlərində yardıma qaçan Azərbaycan
türklərindən xəbərsiz tarixçi heç olmasa Birinci Dünya Müharibəsində ruslar
tərəfindən əsir edilərək Nargin adasında əsir saxlanılan türkləri yada salsın.
Müsəlman Xeyriyyə Cəmiyyətləri tərəfindən onlara edilən yardımlar təqdirəlayiq
hal olub. O müəllim bayrağına hörmətsizlik etdiyi Azərbaycanın 90 il öncə
İngiltərə ilə baş-başa gəldiyini və yaxud Malta adasında ingilislərin tutduğu
osmanlı əsirlərini azad buraxması qarşılığında Böyük Britaniyaya neft satdığını
bilməz.
Ötən illərdə Avrovizon musiqi yarışmasında birinciliyi qazanan
azərbaycanlı gənclərin Azərbaycan bayrağı ilə yanaşı Türkiyəmizin ay-ulduzlu
bayrağını da səhnəyə çıxardıqlarını bilməz. Türkiyəli güləşçimizin iki ölkə
bayrağı ilə rinqdə qələbəsini işğal altındakı Qarabağa ərməğan etdiyini bilməz.
Beynəlxalq tədbirlərdə iki ölkənin ortaq diplomatik mübarizəsini bilməz...
Tarixdən xəbərsiz olan belə tarixçilər onu da bilməzlər ki, Azərbaycan ilə
Türkiyə arasındakı münasibətlər pambıq ipliyi ilə deyil qırılmaz tellərlə
bağlıdır. "Bir millət-iki dövlət” anlayışı xalqlarının canında, qanında,
ruhunda, hələ doğmamış körpələri formalaşdıracaq hüceyrələrimizdədir. Ortaq
tariximizdə, ortaq qismətimizdə, ortaq varlığımızdadır. Zaman-zaman hər iki
tərəfdən bu oxşarı, bənzəri olmayan birliyi pozmaq üçün fürsət gözləyənlər,
suyu bulandırmaq istəyində olanlar olur və olacaq da. Amma araqarışdıranlar
ancaq mədəmizi bulandıra bilər, onların qəlblərimizə təsir etmələri mümkün
deyil. Belələrinin iki ölkənin arasını pozmaq cəhdləri faydasızdır...
Azərbaycan bayrağına Uludağ Universiteti müəllimi tərəfindən edilən
hörmətsizliyə gəlincə, bayraq dövlət suverenliyini və müstəqilliyini, şərəfini
təmsil etdiyindən, ona hörmət, dövlətin vətəndaşları və bu o ölkədə olan
əcnəbilər üçün bir ev tapşırıqdır. Bayrağımıza hörmətsizlik edən birilərinin bu
tapşırığa əməl etmədiyi zatən ortada. Mən müəllim olaraq vəzifəmi bilirəm və
Azərbaycan himnindən bir parçanı səsləndirirəm:
"Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Ay-ulduzlu Azərbaycan bayrağı ilə ay-ulduzlu Türkiyə bayrağını birlikdə
görməkdən narahat olanları narahat etməyə davam edəcəyik...
Aygün Attar