• cümə axşamı, 18 aprel, 15:16
  • Baku Bakı 22°C

Ay qoca baş redaktor, 76 yaşın var sənin!

13.06.13 14:54 1715
Ay qoca baş redaktor, 76 yaşın var sənin!
Deyəsən indi də jurnalistlərə paylanacaq mənzillə bağlı söz-söhbətlər zəhləmizi tökəcək. Məlumunuz olsun ki, neçə yerdə evi olan bığıburma kişilər də ortalığa düşüb mənzil davası döyürlər. Elə indicə saytlardan oxuyuram ki, “Ədəbiyyat” qəzetində ev üstündə əməlli-başlı qırğındır. Qəzetin baş redaktoru Ayaz Vəfalıyla şöbə müdiri Aydınxan Əbilov kəsdikləri duz-çörəyi bir qırağa qoyub, başlayıblar mətbuatda “atışmağa”. Ayaz Vəfalının beşotaqlı evi var. Di gəl ki, kişinin evi özünü qane eləmir. Aydınxan da Yazıçılar Birliyinin yazıçılara verdiyi evlərdən birinin pay sahibidir. İndi Aydınxan deyir ki, “siz imkan verin mən jurnalistlərə verilən evdən birini alım, sonra Yazıçılar Birliyindəki payımı başqa yazıçıya verim”. Lap avtobusda “bu yer zanitdir” söhbətinə oxşadı.
Həqiqətən də adamda abır-həya yaxşı şeydir. O boyda bığıburma kişilər (hərçənd ki heç birinin bığı yoxdur. Sözgəlişi dedim) özləri də etiraf edirlər ki, pis-yaxşı daldalanacaqları var. Amma yenə də...
Bəs onda yataqxana künclərində çürüyən, qazandığı 300-400 manatın 200-nü kirayə verən jurnalistlər neyləsinlər? Şəxsən mən 2003-cü ildən jurnalistikadayam və heç əmək kitabçam da yoxdur. Heç olmayacaq da. Çünki belələri ilə bəhsə girib nəyinsə davasını döyməyi özümə sığışıdırmaram. Lap 30 il stajım olsa belə.
Axı necə ola bilər ki, sən qırmızı-qırmızı evin olduğunu deyəsən və sonra da ev istəyəsən?! Mən başa düşə bilmirəm Aydınxan yazıçıdır, yoxsa jurnalist? Amma səhv etmirəmsə bəzən efirdəki çıxışlarında özünü kulturoloq kimi də təqdim edir. Bəs onda kulturoloqun yazıçıya, jurnalistə verilən evə nə dəxli? Lap tutaq ki, dəxli var. Amma ya ona ya buna.
O qoca baş redaktora da deməyə söz tapmıram vallah. Sadəcə ayıbdır. 76 yaşlı insanlar 12 metrlik kəfəni düşündüyü halda ev iddiasında olmaq gerçəkdən ayıbdır, ay beşotaqlı evin sahibi olan baş redaktor!
İntiqam Valehoğlu
modern.az
banner

Oxşar Xəbərlər