• cümə, 19 Aprel, 23:40
  • Baku Bakı 24°C

Axtarışda olan 9 nəfər saxlanılıb

04.07.19 13:30 834
Axtarışda olan 9 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 21 cinayətin üstü "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 9 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər