• şənbə, 20 Aprel, 10:53
  • Baku Bakı 14°C

Axtarışda olan 61 nəfər saxlanıldı

03.04.18 11:10 714
Axtarışda olan 61 nəfər saxlanıldı
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 98 cinayət faktı qeydə alınıb, onların da 22-i "isti izlər”lə açılıb.
Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 61 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər