• çərşənbə axşamı, 23 aprel, 20:11
  • Baku Bakı 20°C

Axtarışda olan 34 nəfər saxlanıldı

03.05.18 10:15 751
Axtarışda olan 34 nəfər saxlanıldı
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 113 cinayət faktı qeydə alınıb, onların da 18-i "isti izlər”lə açılıb.
Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 34, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər