• cümə, 19 Aprel, 05:16
  • Baku Bakı 18°C

Axtarışda olan 20 nəfər tutulub

10.02.18 10:50 886
Axtarışda olan 20 nəfər tutulub
Fevralın 9-dən 10-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 17-si "isti izlər”lə açılıb. DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, ötən gün axtarışda olduğuna görə 20 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər