• çərşənbə, 24 Aprel, 18:31
  • Baku Bakı 23°C

Axtarışda olan 12 nəfər tapıldı

10.11.18 14:19 598
Axtarışda olan 12 nəfər tapıldı
Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 109 cinayət faktı qeydə alınıb, onların da 18-i "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.
Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər