• cümə, 19 Aprel, 17:03
  • Baku Bakı 25°C

Axtarış – Xilasetmə Qərargahı: Dənizdə naməlum kişi meyiti aşkarlanıb

20.03.17 15:46 743
Axtarış – Xilasetmə Qərargahı: Dənizdə naməlum kişi meyiti aşkarlanıb
"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli MərkəzindəFövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi,Dövlət Sərhəd Xidməti,Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Axtarış – Xilasetmə QərargahındanAPA-ya verilən məlumata görə, həyata keçirilən axtarış–xilasetmə əməliyyatları nəticəsində dənizdə naməlum kişi meyiti aşkarlanıb.
Tapılan meyitin"Azneft" İstehsalat BirliyininN.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
banner

Oxşar Xəbərlər