Axtarış üçün 30 min ödədi
Təyyarə qəzasında
həlak olan Emilinao Salanın ailə üzvləri pilotun meyitinin axtarışlarının davam
etdirilməsini xahiş ediblər.
Kaspi.az xəbər
verir ki, axtarışların davam etdirilməsi üçün vəsait toplanır. Bunun üçün
kampaniya təşkil olunub. Bəzi məşhur idmançılar da bu kampaniyaya qoşulublar.
PSJ-nin
futbolçusu Kilian Mbappe "Go Fund Me” kompaniyasının hesabına 30 min avro
köçürüb. Qari Lineker də 1480 avro ödəməklə, kampaniyaya dəstək olub.
Axtarışları
davam etdirmək üçün 350 min avro tələb olunur. Artıq 159 min avro toplanıb.