• çərşənbə, 24 Aprel, 09:21
  • Baku Bakı 13°C

“Axır ki, səviyyəli ailə ilə qohum oldum” - Kərim

28.02.14 14:59 3892
“Axır ki, səviyyəli ailə ilə qohum oldum” - Kərim
Müğənni Kərim Abbasovun “Qafqazinfo”ya müsahibəsi:

- Başlayaq “Mənə bir az ondan danış” mahnısına çəkilən klipdən...

- Ətrafında qalmaqallar gəzən “Mənə bir az ondan danış” mahnısına çəkilən klip artıq hazırdır. Tezliklə mediaya və tamaşaçılara təqdim edəcəm.Möhtəşəm bir klip çəkilib. Mən bəyəndimsə, bütün sənət dostlarıma və media nümayəndələrinə xoş gələcək. Əsl zindan həyatını orada əks etdirmişəm.
- Klipin görüntülərinə baxdım. Siz orada cırıq cins şalvar geyinmişdiniz. Bu isə heç zindan həyatına uyğun deyil.

- O da bir obrazdır. Orada qalstukla otura bilməzdim, Zindan həyatı insanın öz fəryadı, keçirdiyi hislər, sürünməyi, çəkdiyi əziyyətlərdən ibarətdir. Mən cırıq cinslə əziyyətli zindan həyartını göstərmək istəmişəm. ətirlənib otura bilməzdim. Zindandakıların geyimi necə olur bilmirəm, rejissor belə bir geyimli obraz məsləhət bildi.
- Açıqlamalarınızın birində qeyd etmisiniz ki, yaxın bir insanım zindanda olduğu üçün uşaq olarkən həbsxanaya çox getmişəm. Ona görə klipin ssenarisi zindan həyatından götürülüb?

- Mahnının sözləri “Dostum, mənə bir az ondan danış”dır. Buna başqa ssenari yazıla bilməzdi. Ceyhan dostum var, dedi ki, bəlkə klipi zindanda çəkəsən, orada sənin dostuna fəryadın əks olunsun, dostun sevdiyin xanımı görür, sən görə bilmirsən və deyirsən:
Mənə biraz ondan danış
Duruşundan, yerişindən
Şirin-şirin gülüşündən,
Bacardıqca hər işindən,
Nə bilirsən axır çalış.
Mənə biraz ondan danış.
Mən evdə oturub, bayırda gəzib deyə bilməzdimki, mənə bir az ondan danış. Şablon bir iş olacaqdı. Klipin sonunda isə məlum olur ki, onlar mənə xəyanət edir.
- Pərəstişkarlarınız sizdən konsert gözləsinlər?

- May ayında konsert proqramı ilə çıxış etməyi düşünürdüm. Amma vaxt yoxdur.Sentyabr ayına planlaşdırıram. Elə bir məkanda edəcəm ki, oraya məni sevənlər yığışsın. Onların sevgisini hiss etmək istəyirəm. Gözəl bir konsert olacaq, Kərim olan yerdə hər şey möhtəşəm olur.
- Müğənnilərimiz xarici ölkələrə axın edir. Xarici şou-biznesə qatılmağı düşünmürsünüz?

- Allah işlərini avand etsin, elə bir niyyətim yoxdur, xarici şou-biznesə qatılmaq üçün mənə beş yüz min euro lazımdır.Gül kimi Azərbaycanımda oturmuşam. Hansısa yerdə 45-50-ci olmaqdansa, Azərbaycanda üçlüyün arasında olum. O biri müğənnilərimiz getsin, biz burada irəli gedək.
-İkinci ailə həyatınızda çox xoşbəxt görünürsünüz. Sosial şəbəkədə qayınana, qayın və başqa qohumlarınızın şəkillərini paylaşırsınız.

- Onları çox istəyirəm, onlar mənim həyatımdır, nəfəsimdir. Axır ki, səviyyəli ailə ilə qohum oldum. Həmişə Allahdan arzu etmişəm ki, məni sevən, anlayan xanım yanımda olsun. Qayınanam, qayınatam, baldızların hamısı əzizimə çevrilsinlər. Allahım gətirib verdi ki, al bu sənə qayınana, bu sənə qayınata. Hamısı bir-birindən gözəldi, Allah bəd-nəzərdən saxlasın, onları sevirəm.
- Deyirlər kişi hansı bölgədən xanımla evləndisə, oralı olur. Bu deyimi Kərimə aid etmək olar?

- Mən artıq Ağstafalıyam. Bir tərəfim ağstafalı, bir tərəfim gürcüstanlıdır. Zarafat edirəm, bir tərəfim bakılı, bir tərəfim dağlıdır. Biz arvad tərəfə yıxılan kişilərdən deyilik. Amma sevinirəm ki, belə bir ailə ilə qohum olmuşam.
- Sosial şəbəkədə fəalsınız. Açıqlamanızda isə demisiniz ki, xanınıma sosial şəbəkədən istifadə etməyə icazə vermirəm.

- Həyat yoldaşımın sosial şəbəkədə şəkillərinin çıxmağın, bunlarla gündəmə gəlməyinə ehtiyac yoxdur. Bu qarşıya qoyduğum ən böyük şərtdir ki, yoldaşım nə sosial şəbəkədə, nə efirlərdə olsun. Bunu nə mən, nə qayınatam, nə qayınanam istəyir. Ailə evin içində olmalıdır. Kərim evdə nə etdi, ailəsi ilə necə dolanır? Bunlardan kimə nə? Mənim sənətim, mahnım vacib olmalıdır. Mən ailəmlə yola gedirəm, getmirəm, uşağım var, yoxdur, davadır qırğındır, bunların başqasına nə aidiyyatı var? Allaha şükür hər şey öz yolu ilə gedir, cadu edənlərin əli qırılsın, başlarına düşsün.
- Belə çıxır, Kərim fala, caduya, nəzərə inanır?

- İnanıram, bu dində də var. “Quran”da da yazılıb ki, cadu qara qüvvə var. İnanmamaq mümkün deyil. Həzrəti Məhəmməd peyğəmbər (s) bildirib ki, ona yevrey əli ilə cadu ediblər və o yataq xəstəsi olub.Amma edənləri və etdirənləri Allaha tapşırırıam. Allah onlara bildikləri qədər çəkdirsin.
- Cadudan, nəzərdən necə qorunursunuz?

- Nəfis, nəzər var. Mən evdən çıxanda üç dəfə “Ayatül-kürsü” oxuyuram. Əslində yeddi dəfə oxunmalıdır. Hansısa işin dalınca gedəndə bu duanı oxusan, sənə yox cavabı gələ bilməz. Allah-təala buyurub ki, yatmamışdan əvvəl bu duanı üç dəfə oxusan, bütün əzizlərini, mal-varlığını mən qoruyacam. Allahdan başqa Allah yoxdur. Hər şey gözəldir.
- İkinci dəfə ailə qurmağınıza baxmayaraq, Təranə Səmədova ilə olan evliliyiniz hələ də müzakirə olunur. Bunun səbəbi nədir?

- Müzakirəyə gətirənlər gətirir. Mən o haqda danışmaq istəmirəm, o kitabı çoxdan bağlamışam, mənə maraqlı da deyil.
- Təranə Səmədova müsahibəsində belə bir cümlə işlətmişdi. “Kərim mənə birinci dəfə qadınla xəyanət etdi, ikininci dəfə isə... ona görə boşandım”.

- Deyib əcəb edib, qoy nə istəyir desin. Məhkəmə olacaq, hər şeyə aydınlıq gətiriləcək. Hər şeyin yolu var, mən işimi dövlət qanunları ilə həll etmək istəyirəm. Kim kimə nə deyib, kim kimi kimə dəyişib hamısı üçün məhkəmədə cavab veriləcək.
Könül
banner

Oxşar Xəbərlər