“Axı, hamı Neymara gülür...”
Almaniya
yığmasının sabiq futbolçusu Lotar Matteus Neymarın oyunu barədə danışıb.
Kaspi.az xəbər
verir ki, Matteus da Braziliya yığmasının liderini simulyasiyaya əl atmaqda
ittiham edib. O, belə hərəkətin Neymara divident gətirmədiyini bildirib:
"Neymar dünya səviyyəli
futbolçudur. O, belə hərəkətə yol verməməlidi. Dünyanın ən yaxşı futbolçularında
olan birisi hər şeyi niyə bu qədər şişirdir?
Axı, insanlar
ona gülürlər. Fransada titul qazanmaq çox asandı. Neymar ən yaxşı olduğunu
burda sübut etməlidir”.
Araşdırmalara
görə, Neymar mundialda meydana çıxdığı oyunlarda təxminən 14 dəqiqə qazonda qalıb.