• cümə axşamı, 25 aprel, 12:14
  • Baku Bakı 23°C

“Axı, hamı Neymara gülür...”

05.07.18 12:30 624
“Axı, hamı Neymara gülür...”
Almaniya yığmasının sabiq futbolçusu Lotar Matteus Neymarın oyunu barədə danışıb.
Kaspi.az xəbər verir ki, Matteus da Braziliya yığmasının liderini simulyasiyaya əl atmaqda ittiham edib. O, belə hərəkətin Neymara divident gətirmədiyini bildirib:
"Neymar dünya səviyyəli futbolçudur. O, belə hərəkətə yol verməməlidi. Dünyanın ən yaxşı futbolçularında olan birisi hər şeyi niyə bu qədər şişirdir?
Axı, insanlar ona gülürlər. Fransada titul qazanmaq çox asandı. Neymar ən yaxşı olduğunu burda sübut etməlidir”.
Araşdırmalara görə, Neymar mundialda meydana çıxdığı oyunlarda təxminən 14 dəqiqə qazonda qalıb.
banner

Oxşar Xəbərlər