• çərşənbə axşamı, 16 aprel, 14:33
  • Baku Bakı 19°C

A.Xetaquri: “Bu gün və gələcəkdə Gürcüstanı təbii qazla SOCAR təmin edəcək”

14.10.17 09:45 1319
A.Xetaquri: “Bu gün və gələcəkdə Gürcüstanı təbii qazla SOCAR təmin edəcək”
Gürcüstan hazırda "Şahdəniz” konsorsiumundan 800 milyon kubmetr təbii qaz alır.
"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Gürcüstanın sabiq energetika və təbii ehtiyatlar naziri, "SOCARGeorgia Gas” kompaniyasının direktoru Aleksandr Xetaquri söyləyib.
Sabiq nazirin sözlərinə görə, bu "mavi yanacağın” 300 milyon kubmetrinin dəyəri Gürcüstan ərazisindən Azərbaycan qazının tranziti üçün nəzərdə tutulmuş vəsaitin hesabına ödənilir. Qalan 500 milyon kubmetri isə Gürcüstan tərəfindən alınır. Bundan əlavə, daha 1,5 milyard kubmetr təbii qaz SOCAR-ın törəmə şirkəti olan "SOCAR Georgia Gas” tərəfindən Gürcüstana ixrac olunur.
Xetaquri deyib: "Gürcüstanın sosial və kommersiya bazarının təbii qaza olan tələbatı Azərbaycan qazı hesabına təmin olunur. Əgər Gürcüstanda yeni tələbat yaranarsa, bunu yenə də, SOCAR təmin edəcək”.
"Azərbaycan 2007-ci ildə Gürcüstanın qaz bazarına daxil olarkən ölkənin "mavi yanacağa” olan tələbatı 1,8 milyard kubmetr idi. Hazırda isə bu rəqəm 2,4 milyard təşkil edir. SOCAR bu tələbatı sabit olaraq ödəyir”, - deyə Xetaquri vurğulayıb.
Direktor onu da bildirib ki, Gürcüstanda dövlət qazpaylayıcı şirkəti yoxdur. Gürcüstanın bütün bölgələrinə "mavi yanacağı” "KazTransQaz” və "SOCAR Georgia Gas” şirkətləri icra edirlər. Onlar da bu qazı Azərbaycandan alırlar.
"Faktlara əsaslanaraq deyə bilərəm ki, bu gün, eləcə də gələcəkdə Gürcüstanı qazla SOCAR təmin edəcək”, - deyə, Xetaquri vurğulayıb.
banner

Oxşar Xəbərlər