• cümə, 26 Aprel, 16:14
  • Baku Bakı 23°C

AXCP sədrinin köməkçisinə qarşı Fətullah Gülənin tərəfdarları ilə bağlı başlanılan cinayət işi üzrə ittiham irəli sürülüb

20.08.16 18:23 885
AXCP sədrinin köməkçisinə qarşı Fətullah Gülənin tərəfdarları ilə bağlı başlanılan cinayət işi üzrə ittiham irəli sürülüb
AXCPsədrinin köməkçisi, "Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirov şübhəli şəxsi qismində Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına aparılıb.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vəkil Aqil Layicov söyləyib.

A. Layıcov F. Əmirovun avtomobilindən Fətullah Gülənə məxsus kitab və disklər aşkarlanaraq götürüldüyündən şübhəli şəxs qismində Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına aparılıb bildirib: "Faiq Əmirova qarşı Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) üzrə ittiham irəli sürülüb”.

Qeyd edək ki, bu gün F. Əmirov Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə başlanılan cinayət işi üzrə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edilib, şahid qismində dindirilib.
banner

Oxşar Xəbərlər