• cümə, 29 Mart, 15:40
  • Baku Bakı 14°C

AXCP-Müsavat hakimiyyətinin kadr siyasətini ifşa edən VİDEO-FAKT

16.05.19 14:22 1007
AXCP-Müsavat hakimiyyətinin kadr siyasətini ifşa edən VİDEO-FAKT
Biri gəlir spirtli içkilər satılan mağazaya və satıcıya deyir ki, mənə futbol topu ver. Satıcı da cavab verir ki, burda futbol topu satılmır, bura spirtli içkilər mağazasıdır. Həmin şəxs satıcıya "onda bir araq ver” deyir. Satıcı arağı gətirməyə gedir, o da üzünü göyə tutub deyir: "Bir Allah şahiddir ki, mən idmanla məşğul olmaq istəyirdim”.
Əslində həmin şəxs xroniki sərxoş olduğunun fərqindədir. Elə satıcı da onun xroniki sərxoş olduğuna əmindir. Allah da bəndəsinin hansı "yuvanın quşu” olduğunu bilir. Amma həmin şəxs satıcını inandırmaq istəyir ki, məqsədi idmanla məşğul olmaqdır. Ancaq spirtli içkilər satılan mağazada futbol topu olmadığı üçün bu istəyini reallaşdıra bilmir. Hətta özünü də buna inandırmağa çalışır. Və Allahı da aldada biləcəyini güman edir. Satıcını inandıra bilməyəcək. Bu, dəqiqdir. Allahı inandıra bilməsi haqda danışmaq isə ümumiyyətlə, yersizdir. Qalır özünü aldatmasına. O da araq içməyin təbi gələnə qədər aldadır. Elə ki, təb gəldi, mütləq spirtli içkilər satılan mağazaya gedib futbol topu istəyəcək. Və sonra da "onda araq ver” deyəcək.
Azərbaycanın radikal müxalifətində spirtli içkilər satılan mağazadan futbolu topu istəyən "alkaş”a bənzəyən xeyli xroniki siyasət sərxoşu var.
Onlar "biz xalqa xidmət etmişik, biz xalqa xidmət etmək istəyirik, biz sevgili xalqı sevirik” deyirlər.
Amma... Amma "təb”, yəni hardansa sifariş gələndə "onda bir araq ver” deyib, ardınca da "Bir Allah şahiddir ki, biz xalqa xidmət etmək istəyirdik” deyirlər.
Keçmişləri bəllidir. Xalqa necə xidmət etdikləri xalqa da, özlərinə də, Allaha da aydındır. "Sizdə futbol topu var” deyib burcutmaq olmur bu aydınlıqda.
Kəlbəcər rayon icra hakimiyyətinin sabiq başçısı, mərhum Əvəz Şükürovun Milli Məclisdəki tarixi çıxışında "xroniki siyasi sərxoş”ların xalqı necə "sevdikləri” çılpaqlığı ilə deyilir. Əvəz müəllim həmin vaxt hakimiyyətdə olan "xalq fədailəri”nə Kəlbəcər rayonunun ciddi təhlükədə olması ilə bağlı teleqram vurur. Amma cavab ala bilmir. "Xalq fədailəri”nin Kəlbəcərə başçı təyin etdikləri şəxs özünə 15 gün toy edib. Xalq erməni işğalı ilə üz-üzə, bunlar da çal-çağırda. Bakıdan da göstəriş verilib: "Hamı toyda iştirak etsin”.
"Toyun səsi” sonra çıxdı. Kəlbəcər işğal olundu. Hələ Kəlbəcərin işğalına qədər də hakimiyyətə gəlmək üçün xalq qurban verilmişdi. Azərbaycanın torpaqları hakimiyyət hərisliyinə qurban verilmişdi. Və sonradan məlum olmuşdu ki, bu "xroniki siyasi alkaşlar” hakimiyyət üçün yararlı deyillər.
Xalq öz hakimiyyətini qurdu. Amma "alkaş”ın xarakteri dəyişmir axı. Özü də xronikidirsə. Ta o vaxtdan Azərbaycanın siyasi, iqtisadi uğuruna, ölkənin bütün sahələrdəki inkişafına kölgə salmağa çalışdılar. Daha doğrusu, bunu etmək üçün sifariş aldılar. Bakı-Tbilisi-Ceyhan boru kəməri çəkildi. Bu kəmərin çəkilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi, siyasi baxımdan, enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malikdir. Amma kimə deyirsən? "Onda araq ver” deyənlərə?
Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Bütün dünya "bu yol Avrasiyanın nəqliyyat xəritəsini təzələyib və Azərbaycan bu sahəyə öz töhfəsini verib” dedi. Bunlar "onda araq ver” dedilər.
Azərbaycan Avropa İttifaqı ilə saziş bağlamağa hazırlaşır. Hardansa göstəriş gəlir: buna qarşı çıxmaq lazımdır. "Xroniki siyasi alkşalar” mağazaya girib, "sizdə futbol topu var” soruşurlar. "Yox” cavabı aldıqdan sonra isə "onda araq ver” deyirlər. Və sonra da "Bir Allah şahiddir ki, biz idmanla məşğul olmaq – xalqa xidmət etmək istəyirdik” deyirlər. Xalqı aldada bilmirlər. Bu, dəqiqdir. Allahı aldada bildiklərini iddia etmək gülünc olardı. Qaldı özləri. Özlərini isə aldada bilərlər. "Xroniki alkaş”ın yaddaşı olmur. Özü də siyasisindədirsə.
F.Abasoğlu
banner

Oxşar Xəbərlər