• cümə, 29 Mart, 17:05
  • Baku Bakı 14°C

AXCP funksionerinin vaxtından əvvəl azadlığa buraxılması haqda müraciətinə baxılıb

26.12.17 18:10 770
AXCP funksionerinin vaxtından əvvəl azadlığa buraxılması haqda müraciətinə baxılıb
AXCPsədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin cəzasının yarıdan çoxunu çəkməsilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılması haqda müraciətinə baxılıb.
APA-nın məlumatına görə, Suraxanı Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin sədrliyi ilə Məmməd İbrahimin saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsində keçirilən iclasda qərar qəbul olunub.
Hakim deyib ki, Məmməd İbrahim islah olunmayıb, nizam-intizam qaydalarına əməl etməyib, ona görə də onun müraciəti təmin olunmayıb.
Qeyd edək ki, M. İbrahim Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.
M. İbrahimAXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə həbs olunub. O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilib.
banner

Oxşar Xəbərlər