• cümə, 19 Aprel, 14:08
  • Baku Bakı 25°C

AXCP funksioneri Müsavat Partiyasını kəskin tənqid etdi

26.12.13 17:12 1134
AXCP funksioneri Müsavat Partiyasını kəskin tənqid etdi
“Rüstəm İbrahimbəyov istefa verməklə onun fəxri sədrliyini bəhanə gətirib, Milli Şuraya qarşı kampaniya aparanların bəhanəsinin qarşısını aldı”.
Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü, AXCP sədr müavini Fuad Qəhrəmanlı Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun istefasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Müsavat Partiyası Rüstəm İbrahimbəyovun fəxri sədrliyini əsas gətirərək, Milli Şuradan ayrılma məsələsini müzakirəyə çıxarıb: “Rüstəm İbrahimbəyov istefa verməklə bu bəhanəni də aradan qaldırdı. İndi buyurub cəmiyyətə aydınlıq gətirsinlər ki, bundan sonra nəyi əsas gətirib Milli Şuradan ayrılacaqlar? Rüstəm İbrahimbəyov əslində bu addımı ilə bütün bunların bəhanə olduğunu üzə çıxardı və biz bunları irəlidəki dövrlərdə müşahidə edəcəyik”.
AXCP-nin R.İbrahimbəyovun istefa qərarını təəssüflə qarşıladığını deyən F.Qəhrəmanlı qeyd edib ki, R.İbrahimbəyovun fəxri sədr seçilməsi AXCP sədri Əli Kərimli tərəfindən təklif olunub: “Məqsəd ölkə ziyalılarına demokratik proseslərdə Rüstəm İbrahimbəyovun timsalında dəstək vermək idi. Onun Milli Şurada kifayət qədər əməyi var”.
F.Qəhrəmanlı R.İbrahimbəyovun istefaya vadar edildiyini vurğulayıb: “Cəmiyyətin Rüstəm İbrahimbəyovu istefaya vadar edən qüvvələrə qarşı reaksiyası yaxın zamanlarda öz ifadəsini tapacaq”.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə APA-ya açıqlamasında AXCP-ni düzgün mövqe sərgiləməməkdə ittiham edib və Müsavat Partiyasının R.İbrahimbəyovun qarşısında hər hansı şərt qoymadığını bildirib: “Biz öz fikrimizi bildirmişik. Əgər Rüstəm İbrahimbəyov düşünüb, əsasnamədə olmayan bir şeyin ona aid edildiyini anlayıbsa, onun hərəkətini təqdir edirik. Müsavat Partiyası Rüstəm İbrahimbəyovun qarşısında hər hansı tələb qoymamışdı. Onu hər zaman dönməz, əqidəli hesab edən adamlar niyə belə hesab edirlər ki, o, Müsavat Partiyasının tələbi ilə vəzifəsindən istefa verə bilər?”
banner

Oxşar Xəbərlər