• cümə axşamı, 25 aprel, 01:56
  • Baku Bakı 19°C

AXC parlamentində asılan dövlət bayrağı hökumətə təqdim olunub

24.05.18 13:07 560
AXC parlamentində asılan dövlət bayrağı hökumətə təqdim olunub
Azərbaycan Xalq Cümhuriyyətiparlamentində asılan dövlət bayrağıNazirlər Kabinetində baş nazirNovruz Məmmədova təqdim olunub.
APA-nın "AzərTAC"-a istinadən verdiyi məlumata görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən baş nazirNovruz Məmmədovdövlət bayrağının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən doğma Vətənə - Azərbaycana gətirilməsini tarixi hadisə adlandırıb.
Yazıçı-tədqiqatçı, sosiologiya elmləri doktoru, İstanbul Universitetinin doktorantı Əfqan VəliyevAzərbaycan Xalq Cümhuriyyətiparlamentində asılan dövlət bayrağını və həmin dövrə aid bir çox arxiv materiallarını - əlyazma məktubları, tarixi sənədləri, xəritələri baş nazirə təqdim edib.
banner

Oxşar Xəbərlər