AZE | RUS | ENG |

AXC-nin 100 illiyinə həsr edilmiş III Tələbələrarası Məntiq Olimpiadası start götürdü

AXC-nin 100 illiyinə həsr edilmiş III Tələbələrarası Məntiq Olimpiadası start götürdü
"Veysəloğlu Qrup”un baş sponsorluğu, Xəzər Universitetinin akademik tərəfdaşlığı, Kainat Tədris Mərkəzinin və ATGTİ-nin birgə layihəsi olan  III Tələbələrarası Məntiq Olimpiadası start götürüb. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunan olimpiadanın ilk turunda ölkənin müxtəlif universitetlərinin tələbələri final mərhələsinə yüksəlmək uğrunda mübarizə aparıblar. Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin inzibati binasında baş tutan Məntiq Olimpiadasının birinci mərhələsində ümumilikdə 3177 tələbə iştirak edib və final mərhələsinə 200 nəfər vəsiqə qazanıb.
 
Qeyd edək ki, Məntiq Olimpiadasının final mərhələsi mayın 13-də, mükafatlandırma mərasimi isə 24-də baş tutacaq. İlk 10 yeri tutan iştirakçılara "Veysəloğlu Qrup” tərəfindən qiymətli hədiyyələr və diplom təqdim olunacaq. Məntiq Olimpiadasının qalibinə isə əlavə olaraq Xəzər Universitetində iki illik ödənişsiz MBA təhsili almaq şansı qazanacaq. 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9066
GEL 1 1 Gürcüstan larisi 0.5954
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1114
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.181
CHF 1 1 İsveçrə frankı 1.7218
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2976