• çərşənbə axşamı, 19 mart, 14:45
  • Baku Bakı 8°C

"AXC mükəmməl dövlətçilik ənənəsinin təməlini qoyub"

19.04.18 14:45 869
"AXC mükəmməl dövlətçilik ənənəsinin təməlini qoyub"
"Azərbaycan Xalq Cumhuriyyətinin yaranması rus inqilabının nəticələrindən biridir. Yüz il bundan əvvəl yaranan Azərbaycan Xalq Cumhuriyyəti mükəmməl dövlətçilik ənənəsinin təməlini qoyub".
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Lomonosov adına Moskva Dövlət Universitetinin dekanı, tarix elmləri doktoru, professor İvan Tuçkov bildirib. MDU-da AXC-nin 100 illiyinə dair tədbirin keçirilməsini şərh edən rusiyalı alim deyib ki, 1917-ci ildə baş verən rus inqilabı təkcə Rusiyaya deyil, imperiyanın bütün iştirakçılarına aid olub: "Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması da məhz həmin inqilabın nəticələrindən biri idi. Bu gün AXC-nin yaradılmasının 100 illiyinə həsr olunan tədbirlərdən ilkinin məhz Moskva Dövlət Universitetində keçirilməsi olduqca əhəmiyyətli hadisədir. Ona görə ki, biz AXC-nin yaranmasına tarixi vacib hadisə kimi yanaşırıq. Bu məqam rusiyalı və azərbaycanlı tarixçilərə imkan verir ki, 100 il bundan əvvəl baş verən hadisələrin tarixi mərhələlərinə təmkinli, ölçülü yanaşsınlar və vahid bir mövqeyə gəlsinlər. AXC-nin yaradılması ilə bağlı tarixçilərin mövqeyi vahid olmaya da bilər. Lakin əsas mövqe fundamental elmi mövqedir ki, hər zaman tarixçiləri üçün vacibdir. Həm də təkcə tarixçilər və elm adamları üçün deyil, Rusiya və Azərbaycan xalqları üçün vacibdir".
Qeyd edək ki, Moskva Dövlət Universitetində Azərbaycanlı və rusiyalı alimlərinlərin iştirakı ilə "Rus inqilabı vəAzərbaycan Xalq Cümhuriyyətinin tarixi: 100 ildən sonra baxış” mövzusunda elmi-praktiki dəyirmi masa keçirilib.
banner

Oxşar Xəbərlər