• cümə, 29 Mart, 00:59
  • Baku Bakı 7°C

Çavuşoğlu Tillersonla görüşdə ABŞ-la bağlı tənqidlərini çatdırıb

30.03.17 18:31 635
Çavuşoğlu Tillersonla görüşdə ABŞ-la bağlı tənqidlərini çatdırıb
Bu gün Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Reks Tillerson türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüşdən sonra mətbuat konfransı keçirilib.

M. Çavuşoğlu deyib ki, Türkiyə və ABŞ arasında əlaqələr daha güclü olmalıdır. Görüşdə iki ölkə arasında münasibətlərlə bərabər terrorla mübarizə,Suriya,İraqvə bölgədəki problemləri müzakirə etdiklərini nəzərə çatdıran Türkiyənin xarici işlər naziri sabahNATOtoplantısında digər müttəfiq ölkələrlə də eyni məsələləri müzakirə edəcəklərini söyləyib.

M. Çavuşoğlu bundan əvvəlki ABŞ Administrasiyasının PKK-nınSuriyaqolu olan PYD/YPG-yə dəstək verməsinin və əməkdaşlığının iki ölkənin münasibətlərinə mənfi təsir etdiyini vurğulayıb: "Bizi hədəf seçən terror təşkilatına verilən dəstək həm bizi məyus edib, həm də türk xalqının ABŞ-a münasibətinə mənfi təsir edib. Bu düşüncələrimi görüşümüzdə Reks Tillersona da söylədim. Biz İŞİD terror təşkilatı ilə birlikdə mübarizə apara bilərik. Bu qədər ölkə İŞİD-ə qalib gələ bilmirsə, özümüz tənqid etməliyik. Bunun üçün başqa terror təşkilatlarına möhtacıqsa, bunu düşünməliyik”.

M. Çavuşoğlu görüşdə Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyədə hərbi çevriliş cəhdi və bu terror təşkilatının lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsinin də müzakirə olunduğunu açıqlayıb: "Biz bununla əlaqədar indiyə qədər əlimizdə olan sənədləri ABŞ-a təqdim etmişik. Yeni əldə olunan məlumatlar da ABŞ Ədliyyə Nazirliyinə çatdırılıb. Biz ən azı Fətullah Gülənin müvəqqəti saxlanılmasını istəyirik. Türkiyə-ABŞ münasibətlərini yenidən düzəltmək üçün addımlar atmamız lazımdır. Türkiyə prezidenti də bunu ABŞ prezidenti Donald Trampa söyləyib. Avropa İttifaqındakı problemlərə baxsaq, bu gün Türkiyə-ABŞ dostluğuna daha çox ehtiyac var”.

Türkiyə xarici işlər naziri "Halkbank” rəhbərinin müavini Mehmet Hakan Atillanın ABŞ-da saxlanılmasına da münasibət bildirib və bunun siyasi xarakterli olduğunu vurğulayıb: "Bu işin keçmişinə baxsaq, işi başladan ABŞ-dakı keçmiş prokuror Baharadır. Rza Zərrabın saxlanılması da daxil olmaqla, bu prosesin siyasi xarakterli olduğunu düşünürük. Baharaya baxsaq, sosial mediada Türkiyə əleyhinə danışır. Bank rəhbərinin müavini tutulduğu andan amerikalı tərəfdaşlarımızla əlaqə saxlayırıq. Qərarı məhkəmə verəcək”.

Qeyd edək ki, mətbuat konfransında M. Çavuşoğlu ABŞ-PYD/YPG əməkdaşlığı ilə bağlı fikirlərini bildirərkən R. Tillersonun pərtliyi diqqətdən yayınmayıb.
banner

Oxşar Xəbərlər