• cümə, 19 Aprel, 20:29
  • Baku Bakı 24°C

Çavuşoğlu S-400 komplekslərinin Azərbaycan və Qətərə verilməsi barədə

24.04.19 09:52 402
Çavuşoğlu S-400 komplekslərinin Azərbaycan və Qətərə verilməsi barədə
Türkiyə Rusiyadan tədarük edilən S-400 zenit-raket komplekslərini Azərbaycan və Qətərə vermək niyyətində deyil.
Trend-in məlumatına görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu qeyd edib ki, S-400-ü Azərbaycan və yaxud Qətərdə yerləşdirmək barədə söhbət yoxdur: "Bu məsələ tərəfimizdən heç vaxt müzakirə olunmayıb. Bu məlumat KİV-lər tərəfindən hər zaman müzakirə olunur. Əslində məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Biz Rusiya ilə saziş imzalamışıq və hazırda çatdırılma müddətlərini müzakirə edirik".
XİN rəhbəri onu da deyib ki, əgər Rusiya kompleksləri Azərbaycana satmaq istəsə, o bunu birbaşa, vasitəçisiz edər: "Üstəlik, bu ölkələrin yaxşı münasibətləri var".
banner

Oxşar Xəbərlər