• cümə, 19 Aprel, 11:26
  • Baku Bakı 13°C

Çavuşoğlu: “Rusiya və Türkiyə münasibətlərin pozulmasına imkan verməyəcək”

20.12.16 14:15 1040
Çavuşoğlu: “Rusiya və Türkiyə münasibətlərin pozulmasına imkan verməyəcək”
Rusiyanın xarici işlər naziriSergey Lavrovsəfir Andrey Karlovun qətlinə dərhal münasibət bildirdiklərinə görə Türkiyə tərəfinə təşəkkür edib.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə o, Moskvada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə bildirib."Bu terror hadisəsinə ən qısa vaxtda aydınlıq gətiriləcəyinə inanırıq. Prezidentlərimizin dünən razılaşdığı kimi, Türkiyə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi təhqiqatlara Rusiya hüquq-mühafizə orqanları da qatılacaq. Artıq Rusiyadan bir qrup Ankaraya yola düşüb. Onları aparan təyyarə qətlə yetirilmiş səfirimizin cənazəsini və onun ailə üzvlərini Moskvaya gətirəcək. Biz də burda onun cənazəsini lazım olan şəkildə qarşılayacağıq. Prezidentlərimizin də dünən qeyd etdikləri kimi, bu hadisə bizi terrorçuluğa qarşı daha qərarlı mübarizə aparmağa sövq edir və bizim bugünkü görüşümüzü daha da aktuallaşdırır. Bu gün üçtərəfli görüşümüz dəSuriyamünaqişəsinin həllindəki çalışmalarımıza yardım edəcək”, - deyə S. Lavrov vurğulayıb.
Mövlud Çavuşoğlu isə Moskvaya uçarkən yolda Rusiya səfiri Andrey Karlovun qətlə yetirilməsi xəbərini aldığını söyləyib: "Bu terror aktını bir daha lənətləyirəm. Karlov öz işinin peşəkarı idi. Rusiya hər zaman öz təcrübəli diplomatlarını Türkiyəyə göndərir. Bu, Rusiyanın ikitərəfli münasibətlərə verdiyi dəyərdir. Bilməlisiniz ki, türk xalqı da ən azı rus xalqı qədər bu hadisədən kədərlənib. Həm Rusiyada, həm də Türkiyədə yaxşı bilirlər ki, bu hadisə ikitərəfli münasibətlərə zərər vermək və son zamanlar əldə etdiyimiz bütün hədəfləri pozmaq üçün törədilib. Rusiya və Türkiyə bunu yaxşı bilir və münasibətlərin pozulmasına icazə verməyəcək. Bu xain və alçaq terror aktının arxasında nə var, kimlər var, bunu da aydınlaşdırmaq məcburiyyətindəyik. Buna birlikdə nail olacağıq. Hörmətli Putinin təklifini prezidentimiz Ərdoğan tərəddüd etmədən qəbul etdi və mütəxəssisləriniz Ankaraya yola düşdülər. Sizin və bizim mütəxəssislər birlikdə şəffaf bir şəkildə çalışacaqlar və terror aktının səbəbini, arxasında duranları aydınlaşdıracaqlar. Əlbəttə, Andrey Karlova edilən bu terror hücumunun hesabı sorulacaq. Onun adını həm Ankarada, həm də ürəyimizdə yaşadacağıq”.
banner

Oxşar Xəbərlər