• çərşənbə axşamı, 16 aprel, 10:38
  • Baku Bakı 14°C

Çavuşoğlu: "Rusiya səfirinin qətlinin arxasında FETÖ dayanıb"

21.12.16 09:00 685
Çavuşoğlu: "Rusiya səfirinin qətlinin arxasında FETÖ dayanıb"
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibiCon Kerriilə telefon danışığı zamanı Rusiya səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsinin arxasında FETÖ-nun dayandığını bildirib.
APA-nın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, Kerri, öz növbəsində, baş vermiş hadisədən kədərləndiyini bildirib.
Tərəflər daha sonraSuriyavəziyyətlə bağlı fikir mübadiləsi aparıb.
Xatırladaq ki, Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən "Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib.
Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub.
O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.
banner

Oxşar Xəbərlər