Çavuşoğlu: ““İstanbul kanalı” layihəsinin “Montrö sazişi” ilə heç bir əlaqəsi yoxdur”
"İstanbul kanalı” layihəsinin Türkiyə Prezidentinin də dediyi kimi, "Montrö boğazları sazişi” ilə heç bir əlaqəsi yoxdur”.
M. Çavuşoğlu qeyd edib ki, gəmilərin həm Çanaqqala, həm də İstanbul boğazından keçməsi tənzimlənib, hazırda gəmilər boğazlardan ödənişsiz keçir: "Lakin "İstanbul kanalı” layihəsi reallaşdıqdan sonra ticarət gəmilərinin boğazlardan ödənişli keçməsi "Montrö sazişi”nin tələblərini heç bir halda pozmayacaq”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.
O bildirib ki, Qara dənizdə sahilyanı dövlətlərin, o cümlədən Rusiyanın və ya başqa bir ölkənin bu məsələdə Türkiyəni sorğu-sual etməsi müzakirə predmeti deyil: "Sərhədyanı ölkələr və ya başqa bir ölkə aradabir dostcasına "Montrö sazişi”nin tətbiq olunub-olunmamasını soruşduqda, biz tətbiq etdiyimizə dair cavab veriririk”.