• cümə, 29 Mart, 10:32
  • Baku Bakı 5°C

Çavuşoğlu: "Əsəd Afrinlə bağlı qərarsızdır"

20.02.18 13:30 488
Çavuşoğlu: "Əsəd Afrinlə bağlı qərarsızdır"
"Bizə Əsəd rejiminin Afrinə girməsi barədə məlumat gəlməyib. Əsad Afrinlə bağlı qərarsızdır".

APA-nın "Hürriyət”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, YPG ilə kim mübarizə aparmaq istəyirsə aparsın, Türkiyə üçün heç bir problem yaratmır: "Ancaq YPG-yə dəstək üçün gələnlər olsa, o zaman heç kim bizim qarşımızı ala bilməz. YPG-ni müdafiə edən dövlətlər bizim üçün YPG-nin özünə bərabərdir”.

M. Çavuşoğlu onu da qeyd edib ki, YPG Türkiyə ordusundan qorxduğu üçün Əsəd rejimini dəstək üçün çağırır.

Qeyd edək ki, fevralın 19-daSuriyaDövlət Televiziyası bu ölkə hökuməti ilə PYD-YPG arasında əldə olunan razılığa əsasənSuriyaordusunun Afrinə girəcəyi barədə xəbər yayıb.
banner

Oxşar Xəbərlər