• cümə, 29 Mart, 04:59
  • Baku Bakı 7°C

Çavuşoğlu: “ATƏT səylərini artırmalıdır”

04.12.14 19:17 954
Çavuşoğlu: “ATƏT səylərini artırmalıdır”
ATƏT “dondurulmuş” münaqişələrin nizamlanması üçün səylərini artırmalıdır.
APA-nın İsveçrəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bazeldə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.
O qeyd edib ki, “dondurulmuş” münaqişələr milli və regional maraqlara zərbə vurur: “Gələcək nəsillərin bizdən gözləntiləri məlumdur. Onlar sülh və inkişaf şəraiti yaratmaq üçün var gücümüzlə çalışmağımızı gözləyirlər”.
M. Çavuşoğlu Krımdakı vəziyyətin Türkiyə tərəfindən qəbul edilmədiyini bildirib. Diplomat qeyd edib ki, Ukrayna böhranı ATƏT-in əhəmiyyətini bir daha ön plana çıxarıb.
“ATƏT sabitlik və sülhə töhfə verməyə çalışır. Bu böhrandan çıxmaq və digər böhranların qarşısını almaq üçün siyasi iradə ortaya qoymalıyıq”, - deyə o vurğulayıb.
banner

Oxşar Xəbərlər