• cümə, 26 Aprel, 21:20
  • Baku Bakı 22°C

Çavuşoğlu: “ABŞ-ın Suriya nizamlanmasında iştirakı vacibdir”

21.01.17 23:42 770
Çavuşoğlu: “ABŞ-ın Suriya nizamlanmasında iştirakı vacibdir”
Suriyada davamlı atəşkəs və siyasi nizamlanmanın təmin edilməsi üçün ABŞ-la əməkdaşlıq zəruridir.APA-nın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.
"Biz Vaşinqtona müraciət edərək Astanaya nümayəndə heyəti göndərməyi xahiş etdik”, - deyə Çavuşoğlu Vaşinqtona səfəri çərçivəsində bildirib.
Çavuşoğlu Vaşinqtonun Ankaranın Suriyada İŞİD-lə mübarizədə atdığı addımlarına kifayət qədər dəstək vermədiyini qeyd edib: "Amerikalılar Türkiyənin dəstəklədiyiSuriyasilahlı müxalifət qüvvələrinin Türkiyə sərhədindən 20 kilometrdən çox məsafəyə irəliləyəcəyi təqdirdə "Ərəfat Qalxanı” əməliyyatına dəstək verməyəcəklərini bəyan ediblər.
Onun sözlərinə görə, ABŞhavaqüvvələrinin Türkiyə ordusunun Əl-Bab ətrafında keçirdiyi əməliyyata dəstəyi simvolik xarakter daşıyır. "Terrorçularla mübarizədə biz daha geniş əməkdaşlığa hazırıq. Bu barədə ABŞ administrasiyasının nümayəndələrini məlumatlandırdıq”, - deyə nazir qeyd edib.
Qeyd edək ki,Suriyanizamlanması üzrə beynəlxalq görüş Astanada yanvarın 23-də başlayacaq.
İran, Türkiyə və Rusiya nümayəndə heyətləri artıq Astanada səfərdədir. ABŞ Astanaya ayrıca nümayəndə heyəti göndərməyəcək, Vaşinqtonu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək.
banner

Oxşar Xəbərlər