• cümə, 19 Aprel, 14:28
  • Baku Bakı 25°C

“Avtoş“luq edən məmur oğlu həbs edildi

17.07.14 15:13 1204
“Avtoş“luq edən məmur oğlu həbs edildi
Dünən Masallı rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyinin Cənub regional idarəsinin rəisi Ərəstun Əbilovun oğlu yol hərəkəti qaydalarını pozduğuna və polis əməkdaşlarına müqavimət göstərdiyinə görə Masallı rayon Məhkəməsinin qərarı ilə 15 günlük həbs olunub.
Avtosfer.az-ın verdiyi məlumata görə, rayon sakinləri bildiriblər ki, Sədi Əbilov rayon daxilində özünə məxsus «Niva» markalı maşını nömrəsiz və kustar üsulla hazırlanmış pərdə ilə sürürmüş. Bu zaman Masallı DYP-i əməkdaşları tərəfindən saxlanılan məmur oğlu polisə tabe olmaq istəməyib. Yol polisi əməkdaşlarına müqavimət göstərməsinə baxmayaraq onun idarə etdiyi avtomobil cərimə meydançasına aparılıb və barəsində tədbir görülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə belə bir faktın qeydə alındığını təsdiq edib. Nazirlik əməkdaşı bildirib ki, həmin avtomobilin dövlət nömrə nişanı 90 SM 407-dir. Sədi Əbilovun törətdiyi inzibati xəta ilə bağlı protokol tərtib olunub və o, polis şöbəsinə dəvət edilib. Lakin S.Əbilov polis əməkdaşlarına tabe olmayaraq müqavimət göstərib. Buna görə də, onunla bağlı toplanmış materiallar Masallı rayon Məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı ilə Sədi Əbilov barəsində 15 sutka inzibati həbs qərarı çıxarılıb.
banner

Oxşar Xəbərlər