AZE | RUS | ENG |

Avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir

Avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir
Azərbaycanda avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi  prosesi gedir. Bu fikir "Himayədar” Humanitar Tətəqqi İctimai Birliyinin keçirdiyi  "Azərbaycanda ailə insitutu: mövcud vəziyyət və çağırışlar”  adlı dəyirmi masada səslənib.
 
Tədbir təşkilatın Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Müasir Azərbaycan ailəsi qloballaşma və demokratikləşmə prosesində” mövzusunda tədbirlərin təşkili layihəsi çərçivəsində gerçəkləşdirilib.
 
Tədbirdə ilk olaraq təşkilatın rəhbəri Himayət Rizvanqızı çıxış edib. O layihənin həyata keçirilməsi ehtiyacından danışarkən qeyd edib ki, Azərbaycanın ənənəvi ailə modelində dəyişikliklər prosesi gedir, lakin prosesin olumlu və ya olumsuz tərəfləri, mövcud tendensiyalar və perspektivlər dərin ictimai qiymətləndirilməyə cəlb edilməyib, milli-mənəvi və bəşəri dəyərlərə söykənən modern, demokratik ailə modelinin formalaşması prosesinə yetərincə güclü ictimai dəstək təşkil olunmayıb.
 
Onun sözlərinə görə, təşkilatın layihəsi məhz bu ehtiyacların müəyyən qədər də olsa ödənilməsinə yönəldilib. H.Rizvanqızı layihənin məqsədlərinin Azərbaycanda ailə insititunun gücləndirilməsinə töhfə vermək, şiddət və problemlər spiralında əsas hüquq və azadlıqların pozulması kimi ağır  problemlərin həllinə yardım etmək, Azərbaycan ailəsinin spesifik xüsusiyyətlərinin mühafizə edilib gələcək nəsillərə ötürülməsini dəstəkləmək və ailə problemlərinin müzakirə platformasını genişləndirmək, sosial məsuliyyət hissinin artırılmasınına yardım etmək olduğunu vurğulayıb.
 
Təqdimatda bildirilib ki, layihə şərçivəsində Ailə məsələləri üzrə İnformasiya bazası yaradılıb. Bu baza "Məlumatlar və sənədlər arxivi” və "koordinatlar bazası”nı əhatə edir. Yəni, həm bu problemlə bağlı müxtəlif məlumatlar, informasiyalar, məqalələr, mövcud qanunvericilik  və s.  toplanıb, həm də bu sahədə işləyən bütün dövlət qurumları, QHT, elmi müəssisələr, ayrı-ayrı ekspertlər və digərlərinin koordinatları  cəmləşdirilib. Bundan başqa, "Ailə özəlində kişilər və qadınlar: mən-biz balansı, evlilik, boşanma” və  "Modern-demokratik ailə necə olmalı?” adda 2 infoqrafik hazırlanıb.
 
Sonra  araşdırmaçı–ekspert  Hüseyn Hümbətov çıxış edərək "Azərbaycanda ailə insitutu: mövcud vəziyyət və çağırışlar" mövzusunda masabaşı araşdırmasını təqdim edib. O qeyd edib ki, tədqiqatda  Azərbaycanda ailə, nikah və boşanma proseslərinin tarixi aspektlərinə nəzər salınıb, qloballaşma və demokratikləşmə prosesində azərbaycan ailəsinin durumu, baş verən dəyişikliklər prosesində ortaya çıxan tendensiyalar araşdırılıb, nikah və boşanma əmsallarının dinamikası, nikahlara və boşanmalara təsir edən amillər müəyyənləşdirilməyə çalışılıb: "Eyni zamanda ailələrdə uşaqların sayının azalması, faktiki nikahların yayılması, erkən nikahlar, məişət və ailə zorakılığı, miqrasiya, əcnəbilərlə nikahlar kimi tendensiyalar qloballaşma və demokratikləşmə prosesinin ailəyə təsiri təzahürləri kimi analizə cəlb olunub. Tədqiqat üzə çıxarıb ki, son 25-30 il ərzində əhəmiyyətli ictimai dəyişikliklər yaşayan Azərbaycan da bu dəyişikliklər fonunda ailə institunun transformasiyası və onun bərabərində gələn problemlərlə üzləşən toplumlardan biridir. Yeni ictimai düzən çərçivəsində ənənəvi ailə modelinin bütün xüsusiyyətlərini davam etdirmək mümkün deyil. Həmçinin, ailə təsisatın yenilənməsi də müxtəlif ictimai problemlərə səbəb olmaqdadır. Azərbaycanda ənənəvi ailə modelinin dəyişikliyə uğraması, demokratik cəmiyyətin diqtə etdiyi dəyərlər sisteminin təsiriylə avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir və bu prosesin müxtəlif fəsadları müşahidə olunur”.
 
Sonda araşdırmanın nəticələri əsasında hazırlanan "Təkliflər paketi” təqdim olunub. Qeyd olunub ki, araşdırma hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinə təqdim olunub.
 

 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163