• çərşənbə axşamı, 19 mart, 12:11
  • Baku Bakı 8°C

Avtoqəza faciələri: doğmalarını ağlatmaq istəmirsənsə...

16.02.19 13:00 624
Avtoqəza faciələri: doğmalarını ağlatmaq istəmirsənsə...
"Report" Elşad Hacızadənin"Avtoqəza faciələri: doğmalarını ağlatmaq istəmirsənsə..." adlı məqaləsini təqdim edir:
Dünən qəzalar oldu, bir həftə əvvəl də oldu. Ölüm baş verdi. Cansız bədəni göndərilən hər bir ailənin həyatında faciə və həyətində dərin hüzn mərasimləri təşkil olunub. Onlar bir-birinə ölən doğmalarının xatirələrini danışır, ovunmur. Təskinlik vermək üçün sözlər də aciz qalıb.
Avtoqəzalar, yol terroru - Hər il yüzlərlə insanın faciəsi, onlarla insanın ölümü, maddi ziyanlar cəmiyyəti təhdid edir. İldən-ilə avtoqəzaların sayında azalmaların olmasına baxmayaraq, yenə də tələfat var, ziyan var. Dövlət bu sahədə əməli tədbirlərini davam etdirir, ildən-ilə müxtəlif vasitələrlə hadisələrin azaldılmasına çalışır. Nə qədər qınansa da, nə qədər müzakirə olunsa da, dövlətin əsas məqsədi ona yönəlib ki, insanlar təhlükəsiz yaşasın... Əgər bunu istəməsə, deməz. 2018-ci ildə Azərbaycanın avtomobil yollarında1817yol-nəqliyyat hadisəsi baş verib. Zərərçəkənlərin sayı1,5faiz azalaraq2433nəfər olub. Onlardan722nəfəri ölüb,1711nəfəri isə yaralanıb.
İctimaitəhlükəli əməlicəzasızqalanadamya ölüməgedir,yada öldürməyə...
Ekspertlər hesablayır ki, orta hesabla150-200uşaq ya atasız, yaxud anasız qalıb, ən yaxşı halda isə, şikəst olub, digərlərini isə həbsxana yolu gözləyir. Və ən ağrılısı, ən dəhşətlisi odur ki, o balalar yetim qalıb, ata, ana himayəsindən məhrum olub. Bütün qəzaların başlıca səbəbi sürət həddinin aşılmasıdır, ehtiyatsızlıqdır, yolda mənəm-mənəmlikdir. Vəziyyəti təhlil etdikdə aydın olur ki, dövlətin bütün tədbirlərinə rəğmən, qəzalar baş verir. Niyə baş verir? Sadə cavabı odur ki, "Yol polisi yoxdur, görmür, sürüm...”. Bilir ki, görsə, müşahidə etsə, dayandıracaq, cəzalandıracaq. Baxmayaraq ki, bəzi ekspertlər yol polisinin profilaktik tədbirlərini başqa şəkildə şərh edir. Deyir ki, bu qədər cərimə olmaz. Niyə olmaz? Hüquq fəlsəfəsi bunun sadə izahını verir: ictimai təhlükəli əməli cəzasız qalan insan ya ölümə gedir, ya da öldürməyə...
Məgər dövlət hər bir sürücünün yanına, hər bir yolayrıcına nümayəndə qoymalıdır? Yox! Yox! Yenə də yox…
Yol polisi haqlı olaraq müntəzəm statistikanı yayır ki, ay sürücü, ay piyada, bu qədər adam ölüb, bu qədər adam xəsarət alıb, diqqətli ol! Bu reallıqlar, açıq gerçəklər o həqiqətin göstəricisidir ki, dövlət nümayəndəsi – polis cəmiyyətə açıq çağırışlar edir: "Yol qaydalarına əməl edin, əks təqdirdə...”
Ölənlər, öldürülənlər - atadır, əmidir, dayıdır, babadır
Hadisələrin40,9faizi gündüz,38,7faizi gecə,20,4faizi isə toran vaxtı baş verib,29,1faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib. Yəni istirahət günü də harasa tələsir. Onu da əlavə edir ki, yol-nəqliyyat hadisələrinin90faizi yaşayış məntəqələrində baş verib. Və insan nə qədər etinasız, nə qədər məsuliyyətsiz olmalıdır ki, yaşayış yerlərində bu qəzalara səbəb olur. Bütün yol-nəqliyyat hadisələrinin47,5faizi nəqliyyat vasitələrinin və piyadaların,32,4faizi bir neçə nəqliyyat vasitəsinin,20,1faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Axı insan şüurlu varlıqdır. Niyə insan bu qədər cəmiyyətə qarşı açıq hörmətsizliyə, biganəliyə özünü səfərbər edir? Hardadır bu sualların cavabı?
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların76,5faizini, yaralananların isə74,1faizini kişilər təşkil edib. Yəni bu insanlar, atadır, əmidir, dayıdır, babadır.Yaxşı, deyək ki, özünü düşünmür, bəs ailəsi, bəs doğmaları?
Hələ bu azmış kimi ötən il nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya xəsarətlə nəticələnən49qəza baş verib. Nəticədə27nəfər ölüb,36nəfər yaralanıb. Belə hadisələrin63,3faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib. Nə olub? Nədir bu? Bu qəsdin adı nədir?
Dirilər bilsin – ölənlər, onsuz da, yoxdur ki, sual verib soruşaq...
Analar, bacılar məzar başında ağı deyib təskinlik tapa bilmədiyi faciədir avtoqəza ölümləri...
banner

Oxşar Xəbərlər