• cümə, 29 Mart, 06:30
  • Baku Bakı 5°C

Avtomobillərin ön şüşəsinin yuxarısına rəngli plyonka bərkidilməsi qadağan edilir

22.01.21 11:37 349
Avtomobillərin ön şüşəsinin yuxarısına rəngli plyonka bərkidilməsi qadağan edilir
Nəqliyyat vasitələrininnasazlıqlarının siyahısı dəyişə bilər.

APA-nın məlumatına görə, bu, "Yol hərəkəti haqqında| qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradanəlavə əşyaların qoyulması və yaşüşələrəhər hansıformada və ölçüdə örtüklər(pərdə və plyonka) çəkilməsi nəqliyyat vasitələrininnasazlıqları sırasına daxil edilib. Layihəyə əsasən, bu sırayajalüz çəkilməsi də daxil edilir.

Qüvvədə olan qanuna əsasən, avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilərdi. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğunolan, sənaye üsuluiləhazırlanan rənglişüşələrin (güzgü-şüşələrdənbaşqa) tətbiqinə icazə verilirdi. Layihəyə əsasən,avtomobillərin vəavtobuslarınqabaqşüşəsininyuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilməsinə dair müddəa ləğv edilir. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənayeüsuluiləhazırlanan rəngli şüşələrin(güzgü-şüşələrdənbaşqa) tətbiqinə isə yenə də icazə veriləcək.
Qeyd edək ki, qüvvədə olan qanuna görə, hər ikitərəfdə arxanı göstərənxarici güzgülər olduqdaavtobusun pəncərələrindən pərdə asmağa, eləcədəminikavtomobillərininarxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və yasənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Ancaq qanuna dəyişiklik qəbuledildikdən sonrasürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasını Nazirlər Kabineti müəyyən ediləcək.
banner

Oxşar Xəbərlər