• cümə, 29 Mart, 14:20
  • Baku Bakı 14°C

Avtomobillər üçün texniki baxış qaydaları dəyişdirilir

19.06.13 16:53 1781
Avtomobillər üçün texniki baxış qaydaları dəyişdirilir
Azərbaycanda avtomobilin texniki baxışdan keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik edilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Yol hərəkatı haqqında” qanuna dəyişiklik ediləcək.
Dəyişikliyə əsasən texnikin baxışın keçirilməsi zaman dövlət rüsumunun ödənilməsi üçün tələb olunan qəbz ləğv ediləcək. Ləğv olunacaq qəbzin əvəzində xüsusi formalı müvafiq sənəd olacaq və vətəndaşlar bunu təqdim edəcəklər.
Layihə Milli Məclisin iyunun 21-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
banner

Oxşar Xəbərlər