• cümə axşamı, 25 aprel, 21:14
  • Baku Bakı 21°C

Avtomobildən 4000 manatı və sənədləri oğurladılar

17.08.13 10:32 1411
Avtomobildən 4000 manatı və sənədləri oğurladılar
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 16 avqust saat 22-50 radələrində Bakı şəhəri, 1987-ci il təvəllüdlü Hacı Vaqif oğlu Mahirzadəyə məxsus “90-XL-433” dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomobilin arxa sağ şüşəsi Cəfərov qardaşları küçəsində sındırılıb.
Nəticədə avtomobilin qabaq oturacağında olan 4 min manat pul, şəxsiyyət vəsiqəsi və avtomobilin texniki pasportu naməlum şəxslər tərəfindən oğurlanıb.
Hazırda oğurluq edən şəxsin tapılması istiqamətində iş aparılır.
banner

Oxşar Xəbərlər