Avtomobildəki tibb çantasında hansı dərmanlar olmalıdır? - SİYAHI
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 5 avqust 2008-ci il Tarixli 09 nömrəli əmrlə təsdiq olunmuş avtomobillər üçün ilk tibbi yardım çantalarının tərkibi barədə məlumata əsasən tibb çantasının içində aşağıdakı dərmanlar olmalıdır:
1. Travma (çıxıqlar, sınıqlar, əzilmələr), şok, yaralanmalar zamanı istifadə olunan ağrıkəsici, şoka qarşı və iltihab əleyhinə vəsaitlər:
1.1. Analgin 0,5 №10 (yaxud əvəzedici) qutu 1
1.2. Portativ hipotermik (soyuducu) paket - Konteyner ədəd 1
1.3. Natrium sulfasil məhlulu tubik 1
1.4. Aspirin qutu 1
2. Qanaxmanın dayandırılması, yaranın təmizlənməsiv ə sarğı üçün vəsaitlər:
2.1. Özünə və qarşılıqlı yardım məqsədi ilə arterial qanaxmanı saxlaman üçün təmizlənən kompressiyalı (təzyiqli) jqut ədəd 1
2.2. Steril bint 10x5 ədəd 1
2.3. Qeyri-steril bint 10x5 ədəd 1
2.4. Qeyri-steril bint 5x5 ədəd 1
2.5. Çirkli yaraları sarımaq üçün dioksidli və ya gümüş nitratlı 8x10 sm ölçüdə MAQ atravmatik sarğısı ədəd 1
2.6. Bakterisid leykoplastr 2,5x7,0 yaxud 2x5 ədəd 8
2.7. Kapilyar və venoz qanaxmaları saxla- ədəd 3 maq üçün 6x10 sm, 10x18 sm ölçüdə furaqinli «Koleteks QEM» steril salfetləri yaxud statin (toz halında) 1,0q dəst 3
2.8 Spirtdə 5 faizli yodun yaxud1 %-li brillant abısının məhlulu (zelyonka) flakon 1
2.9. 1x500, yaxud 2x500, yaxud 1x250 sm öçüdə leykoplastr ədəd 1
2.10. Qeyri-steril boruşəkilli tibbi elastik bint №1, 2, 6 hər birindən ədəd 1
2.11. Pambıq 50 q bağ 1
3. Ürək ağrılarına qarşı vəsaitlər:
3.1. Nitroqliserin həbləri №40 yaxud kapsulası №20 (trinitrolonq) qutu 1
3.2. Validol (tabletka yaxud kapsula) qutu 1
4. Kliniki ölüm zamanı ürək-ağciyər reanimasiyası üçün vasitələr:
4.1. Süni nəfəs vermək üçün alət - «Ağız-qurğu-ağız» ədəd 1
5. Bayılmaya qarşı vasitə:
5.1. Ammiak məhlulu (naşatır spirti) flakon 1
6. Qida və sair zəhərlənmələrdə dezintoksikasiya üçün vəsaitlər:
6.1. Enterodez qutu 2 yaxud aktivləşdirilmiş kömür №10 qutu 1
7. Stres hallarına qarşı vəsaitlər:
7.1. Korvalol flakon 1
8. Küt uclu qayçı ədəd 1
9. Təlimat ədəd 1
10. Plastmass futlyar ədəd 1
Qeyd:
1. Siyahıda göstərilən dərmanları və tibbi ləvazimatları özbaşına dəyişmək olmaz.
2.Komlektləşdirmə qabı zədələnmiş və vaxtı ötmüş vasitələrdən istifadə etmək olmaz.
3.Çantadakı hər hansı vəsaitdən istifadə edildikdə yerinə dərhal yenisi qoyulmalıdır.