• çərşənbə, 24 Aprel, 17:13
  • Baku Bakı 27°C

Avtomobil yollarında karantin rejimini pozduğuna görə 2923 nəfər cərimələnib

16.04.20 10:37 702
Avtomobil yollarında karantin rejimini pozduğuna görə 2923 nəfər cərimələnib
Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar aprelin 15-i saat 00:00-dan aprelin 16-sı saat 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
İdarədən bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 15-i saat 00:00-dan aprelin 16-sı saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2923 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 22 min 859 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
banner

Oxşar Xəbərlər