• cümə, 19 Aprel, 22:52
  • Baku Bakı 24°C

Avtomobil su kanalına düşdü, yaralı var

21.06.13 08:08 1656
Avtomobil su kanalına düşdü, yaralı var
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Şimal Regional Mərkəzinə “VAZ” markalı minik avtomobilinin Xaçmaz rayonu Qımılqışlaq kənd ərazisində su kanalına düşməsi barədə məlumat daxil olub.
Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, sürücü yaralanıb. Yaralı xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə xüsusi texnikanın köməkliyi ilə avtomobilin kanaldan çıxarılmasını təmin edib və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
banner

Oxşar Xəbərlər