• cümə axşamı, 28 mart, 20:27
  • Baku Bakı 13°C

Avtomobil orta yaşlı kişini vuraraq ağır xəsarət yetirib

30.06.18 12:00 688
Avtomobil orta yaşlı kişini vuraraq ağır xəsarət yetirib
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır xəsarət alıb.
"Report" xəbər verir ki, hadisəHeydər Əliyevküçəsində baş verib.
1987-ci il təvəllüdlü Eyvazov Əlibəy Maarif oğlu piyada zolağından keçərkən onu yüksək sürətlə hərəkət edənminik avtomobili vurub. Nəticədə Ə. Eyvazov ağır xəsarət alıb.
Hadisə yerinə gələn təcili tibbi yardım xidməti yaralıya ilkin yardım göstəril. Lakin onun vəziyyəti olduqca ağır olub.
Buna görə də xəsarət alan şəxs Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib. Yaralı cərrahi əməliyyat edilib.
Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti sabit ağır kimi qiymətləndirilir.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalara başlanılıb.
Sürücü məsuliyyətə cəlb olunub.
banner

Oxşar Xəbərlər