• çərşənbə axşamı, 23 aprel, 13:04
  • Baku Bakı 24°C

Avtomobil akkumulyatorlarını oğurlayan şəxs yaxalanıb

03.02.19 12:26 569
Avtomobil akkumulyatorlarını oğurlayan şəxs yaxalanıb
Avtomobil akkumulyatorlarını oğurlayan şəxs yaxalanıb. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Ətrafında aparılmış tədbirlərlə onun digər cinayət əməllərinin də üstü açılıb. Polis əməkdaşları tərəfindən R.Əliyevin rayon ərazisində 4 "VAZ-2107” və 1 "VAZ-21011” markalı avtomobillərdən akkumulyatorlarını oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır.
banner

Oxşar Xəbərlər