• şənbə, 20 Aprel, 16:23
  • Baku Bakı 23°C

Avtobusu mühasirəyə aldılar, onu istefaya çağırdılar

16.04.18 11:35 702
Avtobusu mühasirəyə aldılar, onu istefaya çağırdılar
"Ayaks”da olduqca gərgin durum yaranıb.
Kaspi.az xəbər verir ki, Hollandiya çempionatının 31-ci turunda "Ayaks” PSV-yə 0:3 hesabı ilə məğlub olub. Eyndhoven klubu əzəli rəqib üzərindəki qələbədən sonra çempionluğu rəsmiləşdirib.
Bundan sonra "Ayaks”ın fanatlarının etirazı başlayıb. Futbolçuları gətirən avtobus Amsterdama qayıtdıqdan sonra "Yohan Kroyf Arena”nın qarşısında fanatlar avtobusu mühasirəyə alıblar.
Özlərini aqressiv aparan azarkeşlər avtobusun pəncərələrini döyəcləyib, klubun baş direktoru Edvin van der Sarın istefasını tələb ediblər.
Avtobusdan çıxmağa məcbur olan Edvin fanatlarla söhbət edib. Ona baş məşqçi Erik ten Haq da qoşulub. Onlar fanatları nisbətən sakitləşdirməyə və avtobusu mühasirədən çıxarmağa nail olublar.
banner

Oxşar Xəbərlər