• cümə axşamı, 18 aprel, 12:43
  • Baku Bakı 22°C

Avstriyada milli azlıqlarla bağlı tədbir keçiriləcək

27.05.17 13:10 790
Avstriyada milli azlıqlarla bağlı tədbir keçiriləcək
Milli Məclisin deputatı, ATƏT PA-nın sədr müavini və Büro üzvü Azay Quliyevlə deputat Tahir Mirkişili milli azlıqlara dair tədbirdə iştirak etmək üçün mayın 28-dən Avstriyanın Fillax şəhərində səfərdə olacaqlar.
Parlamentin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, ATƏT Parlament Assambleyası ilə Avstriya Parlamentinin birgə təşkil etdiyi tədbiri ATƏT PA-nın sədri xanım Kristine Muttonen açacaq.
Sessiyalarda "Milli azlıqların dəstəklənməsində milli parlamentlərin potensialı”, "Balkanlardakı barışın beynəlxalq perspektivləri” müzakirə olunacaq, Avstriyanın Karintiya vilayətinin timsalında "Bir birimizdən öyrənək” mövzusunda təcrübə mübadiləsi aparılacaq.
Deputatlarımız müzakirə olunan məsələlərə münasibət bildirərkən Azərbaycanın təcrübəsinə diqqət yönəldəcək, ölkəmizdə milli azlıqlara yaradılan şəraitdən və xalqımızın tolerantlığından da bəhs edəcəklər.
Səfər mayın 31-də başa çatacaq.
banner

Oxşar Xəbərlər