• cümə axşamı, 28 mart, 19:44
  • Baku Bakı 13°C

Avstriyada COVID-19 məhdudiyyətlərinin ləğvinin növbəti mərhələsi iyunun 15-dən başlanır

30.05.20 12:30 528
Avstriyada COVID-19 məhdudiyyətlərinin ləğvinin növbəti mərhələsi iyunun 15-dən başlanır
Avstriyada COVID-19 məhdudiyyətlərinin yumşaldılmasının dördüncü mərhələsinə start verilib.AZƏRTACxəbər verir ki, ölkədə bütün otellər, üzgüçülük hovuzları, əyləncə mərkəzləri və parklar, sağlamlıq klubları, kinoteatrlar fəaliyyətlərini bərpa ediblər, 100 nəfərədək tamaşaçının iştirak etdiyi mədəni-kütləvi tədbirlərin keçirilməsinə icazə verilib.
Avstriyanın Federal Kansleri Sebastian Kurts mətbuat konfransında bildirib ki, ölkədəki epidemioloji vəziyyət hazırkı templə müsbətə doğru inkişaf etsə, iyunun 15-də məhdudiyyətlərin ləğvinin beşinci mərhələsi həyata keçiriləcək. Həmin tarixdən etibarən kafe və restoranların iş vaxtı saat 23:00-dan səhər 1:00-dək uzadılacaq, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska və s.) istifadə azaldılacaq. Hazırda ölkədə geniş istifadə olunan tibbi maskalardan ictimai nəqliyyat, apteklər də daxil olmaqla səhiyyə obyektləri və həmçinin sosial məsafənin saxlanılması qeyri-mümkün (bərbərxana və kosmetika salonları) məkanlar istisna edilməklə, digər yerlərdə istifadəsi məcburi olmayacaq. Bununla da ticarət obyektləri, məktəblər, kafe və restoran, eləcə də turizm obyektlərində tibbi maska öhdəliyi ləğv oluna bilər.
Federal Kansler məhdudiyyətlərin aradan qaldırılması ilə yanaşı, əhalini fərdi qaydada məsuliyyətli olmağa, sosial məsafə qaydalarına riayət etməyə və insanların çox toplaşdığı məkanlarda tibbi maskalardan istifadə etməyə çağırıb.
Hazırda Avstriyada aktiv virus daşıyıcısının sayı 640 nəfərə düşüb, onlarda 78-i xəstəxanada müalicə olunur.

banner

Oxşar Xəbərlər