Avstriya xarici işlər nazirinin Rusiyaya səfəri təxirə salınıb
Avstriya xaric işlər naziriKarin KneislRusiyaya səfərini təxirə salıb.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri (Kansler)Sebastian Kurtzməlumat verib.
O, iki ölkə arasında xəfiyyə qalmaqalınınRusiya ilə münasibətlərə müsbət təsir etməyəcəyini vurğulayıb.
Xatırladaq ki, ötən gün Avstriya Hərbi Əks-Kəşfiyyat Xidməti20ildir Rusiyaya strateji məlumatlar ötürən70yaşlı istefada olanpolkovniki saxlayıb.