• cümə, 19 Aprel, 23:07
  • Baku Bakı 24°C

Avstriya Rusiyadan xəfiyyələri ilə bağlı məlumat istəyib

09.11.18 17:30 476
Avstriya Rusiyadan xəfiyyələri ilə bağlı məlumat istəyib
Avstriya hökuməti Rusiya kəşfiyyatı ilə əməkdaşlıq ittihamı ilə həbs edilən istefada olan polkovniklə bağlı Kremldən şəffaf məlumatlar istəyib.
"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədəjurnalistlərə Avstriya KansleriSebastian Kurtzməlumat verib.
"Səfir, daha doğrusu, müvəqqəti işlər vəkili, çünki səfirin özü hazırda Avstriyada deyil, XİN-ə dəvət olunub. Qalan bütün məsələləri avropalı tərəfdaşlarımızla müzakirə edəcəyik”, - ovurğulayıb.
Eyni zamanda AvstriyaMüdafiə Nazirliyidə silahlı qüvvələrin istefada olan polkovnikinə dair yayılan xəbərləri təsdiqləyib.
"Hərbi Əks-Kəşfiyyat İdarəmiz beynəlxalq əməkdaşlıq çərçivəsində bu hadisəni ifşa edib. Belə ki, Avstriya ordusunun istefada olan polkovniki 1990-cu illərdən etibarən xəfiyyəliklə məşğul olaraq Rusiyaya məlumatlar ötürürmüş. Ona qarşı iş başlanılıb”, - Nazirliyin nümayəndəsiMixayel Bauer"Twitter”də yazıb.
Xatırladaq ki, ötən gün Avstriya Hərbi Əks-Kəşfiyyat Xidməti20ildir Rusiyaya strateji məlumatlar ötürən70yaşlı istefada olanpolkovniki saxlayıb. Hətta xəfiyyə qalmaqalına görəAvstriya xaric işlər naziriKarin KneislRusiyaya səfərinitəxirə salıb.
banner

Oxşar Xəbərlər