AZE | RUS | ENG |

Avstriya Rusiyadan xəfiyyələri ilə bağlı məlumat istəyib

Avstriya Rusiyadan xəfiyyələri ilə bağlı məlumat istəyib
Avstriya hökuməti Rusiya kəşfiyyatı ilə əməkdaşlıq ittihamı ilə həbs edilən istefada olan polkovniklə bağlı Kremldən şəffaf məlumatlar istəyib.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Avstriya Kansleri Sebastian Kurtz məlumat verib. 

"Səfir, daha doğrusu, müvəqqəti işlər vəkili, çünki səfirin özü hazırda Avstriyada deyil, XİN-ə dəvət olunub. Qalan bütün məsələləri avropalı tərəfdaşlarımızla müzakirə edəcəyik”, - o vurğulayıb.

Eyni zamanda Avstriya Müdafiə Nazirliyi də silahlı qüvvələrin istefada olan polkovnikinə dair yayılan xəbərləri təsdiqləyib.

"Hərbi Əks-Kəşfiyyat İdarəmiz beynəlxalq əməkdaşlıq çərçivəsində bu hadisəni ifşa edib. Belə ki, Avstriya ordusunun istefada olan polkovniki 1990-cu illərdən etibarən xəfiyyəliklə məşğul olaraq Rusiyaya məlumatlar ötürürmüş. Ona qarşı iş başlanılıb”, - Nazirliyin nümayəndəsi Mixayel Bauer "Twitter”də yazıb. 

Xatırladaq ki, ötən gün Avstriya Hərbi Əks-Kəşfiyyat Xidməti 20 ildir Rusiyaya strateji məlumatlar ötürən 70 yaşlı istefada olan polkovniki saxlayıb. Hətta xəfiyyə qalmaqalına görə Avstriya xaric işlər naziri Karin Kneisl Rusiyaya səfərini təxirə salıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163