• şənbə, 20 Aprel, 17:49
  • Baku Bakı 23°C

Avstriya prezidenti keçid hökumətinin tərkibini təsdiq edib

03.06.19 09:00 370
Avstriya prezidenti keçid hökumətinin tərkibini təsdiq edib
Avstriyanın Federal prezidenti Aleksander Van der Bellen ölkənin keçid hökumətinin tərkibinə dair təklifi qəbul edib.
Trend-in məlumatına görə, bunu Avstriyanın müvəqqəti kansleri Briqitte Birlyayn deyib.
Qeyd edək ki, Avstriyanın prezidenti, Sebastian Kurtsun başçılıq etdiyi ölkə hökumətini vəzifədən azad edib. Mayın 30-da Aleksander Van der Bellen B.Birlyaynı müvəqqəti kansler vəzifəsinə təyin edib.
Məlumata əsasən, iyunun 3-də keçid hökumətinin and içməsi keçiriləcək. Həmin hökumət vaxtından əvvəl keçiriləcək parlament seçkilərinə qədər ölkəyə rəhbərlik edəcək.
banner

Oxşar Xəbərlər