Avstriya Azərbaycana 160 ədəd “Glock” tapançası satıb

Avstriya Azərbaycana 160 ədəd “Glock” tapançası satıb

Təfsilat
20 Dekabr 2013, 10:22 1962
APA-nın məlumatına görə, dövlət qurumlarından birinin sifarişi üzrə “Glock” şirkəti Azərbaycana 160 ədəd tapança ixrac edib.

Kiçik sifariş olmasına baxmayaraq, Azərbaycan tarixində ilk dəfə olaraq bu satınalma ilə dünyanın tanınmış tapança markası olan “Glock”u silahlanmaya qəbul edib.

“Glock” şirkətinin istehsalı olan tapançalar təhlükəsizliyi və istifadəsinin rahatlığına görə ABŞ da daxil olmaqla, dünyanın əksər ölkəsində polis, xüsusi təyinatlı qüvvələr və hərbçilər tərəfindən geniş istifadə edilir.

2013-cü ildə Rusiya da xüsusi təyinatlı qüvvələr üçün “Glock” tapançaları sifariş verib.