• cümə axşamı, 25 aprel, 01:39
  • Baku Bakı 19°C

Avstraliyada yanğınlar zamanı 150-dən çox ev yanıb, ölənlər, itkin düşənlər var

10.11.19 13:30 933
Avstraliyada yanğınlar zamanı 150-dən çox ev yanıb, ölənlər, itkin düşənlər var
Avstraliyada meşə yanğınları zamanı150-dən çox ev məhv olub.
"Report" xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatınınyanğınsöndürmə xidmətiməlumat yayıb.
Qeyd edilir ki, Avstraliyanın şərq hissəsində təbii hadisə ilə əlaqədar azı2yerli sakin həlak olub, daha5nəfər itkin düşmüş hesab edilir.
Hazırda yanğınlar Sidneydən 550 kilometrdə məsafəyə çatıb.
"Yanğınlar artıq iki nəfərin həyatına son qoyub. Biz bu rəqəmin arta biləcəyini gözləyirik", - deyə Avstraliyanın baş naziri Skott Morrison bildirib.
Morrison əlavə edib ki, ölkə rəhbərliyi hərbçiləri yanğınlar zamanı zərərçəkənlərə təcili kömək göstərilməsi üçün cəlb etmək imkanını nəzərdən keçirir.
banner

Oxşar Xəbərlər