• çərşənbə, 24 Aprel, 21:08
  • Baku Bakı 23°C

Avstraliya Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıyıb

15.12.18 13:30 532
Avstraliya Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıyıb
Avstraliya hökumətiQərbi Qüdsürəsmi şəkildəİsrailin paytaxtı kimi tanıyıb.
"Report" SBS telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziriSkott Morrisonbildirib.
Morrison bununla yanaşı qeyd edib ki, Avstraliyanın bu ölkədəki səfirliyi hələlik Tel-Əvivdən köçürülməyəcək. Baş nazir həmçinin vurğulayıb ki, Qərbi Qüdsün İsrailin paytaxtı kimi tanınmasıŞərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınması imkanı yaradacaq və bu, AvstraliyanınYaxın Şərqsiyasətində sülh müqaviləsi nəticəsində iki dövlətin yaradılması üçün mühüm addım olacaq.
O, Avstraliyanın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsindən imtina edilməsini yüksək xərclərlə izah edib. Bu, ilkin hesablamalara görə, təxminən 144 milyon ABŞ dolları təşkil edə bilər.
Qərbi Qüdsdə Avstraliyanın əlavə konsulluğunun, ticarət və müdafiə məsələləri üzrə xüsusi bürosunun açılması nəzərdə tutulur.
Qeyd edək ki, mübahisəli ərazi səbəbindənFələstin İsraili tanımaqdan imtina edib və onunla təhlükəsizlik sahəsində əldə olunmuş bütün əməkdaşlıqlarıdayandırıb.
banner

Oxşar Xəbərlər