• cümə, 29 Mart, 03:58
  • Baku Bakı 7°C

“Avropanın qabaqcıl təcrübəsinin Azərbaycanda tətbiqi davam edəcək"

07.05.21 17:37 940
“Avropanın qabaqcıl təcrübəsinin Azərbaycanda tətbiqi davam edəcək"
"Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi Azərbaycanda regionların və kənd yerlərinin inkişafına dəstəyi layihəsinin - "Kəndimiz" kampaniyasının bütün Azərbaycanı əhatə etməsini arzu edirəm”.
"Report” xəbər verir ki, bunu Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestudis Yankauskas bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi qurumun Azərbaycandakı fəaliyyəti təhsil sahəsini də əhadə edəcək: "Biz Avropanın qabaqcıl təcrübəsinin Azərbaycanda tətbiqini davam etdirəcəyik. Gözləyirik ki, qlobal miqyasda apardığımız işlərə və təşəbbüslərə Azərbaycan da qoşulacaq. Aİ bir sıra istiqamətlərdə - yaşıl iqtisadiyyat, bərpa olunan enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı, rəqəmsal tranformasiya, dayanıqlı kənd təsərrüfatı, "Ağıllı kənd” və "Ağıllı şəhər”lə bağlı fəailiyyətini davam etdirəcək”.
banner

Oxşar Xəbərlər